AZ

Sabah Bakıda 39 dərəcə isti olacaq

İyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +34 dərəcədən +39 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada +26 dərəcədən +27 dərəcəyədək, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda +27 dərəcədən +28 dərəcəyədək olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhərdən bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacağı ehtimalı var.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +22 dərəcədən +26 dərəcəyədək olacağı ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
49
olaylar.az

10Mənbələr