ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, bir qumbara, 4 tüfəng və 10 ədəd patron aşkar edərək götürüblər.
"Cebheinfo.az"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.