AZ

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Bakı, 24 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, bir qumbara, 4 tüfəng və 10 ədəd patron aşkar edərək götürüblər.

 

Seçilən
21
49
azertag.az

10Mənbələr