AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı.TurkicWorld

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,2 ABŞ dolları və ya 0,29% azalaraq 69,19 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,19 dollar və ya 2,28% ucuzlaşaraq 67,90 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,11 dollar və ya 0,19% azalaraq, 56,94 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,09 dollar və ya 0,13% azalaraq 69,70 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
40
40
turkic.world

10Mənbələr