Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
Hafta.az bu barədə FHN-ə istinadən bildirir.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
*** 20:14
Buzovnada dənizdə bir nəfər batıb.
Hafta.az FHN-ə istinasən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
Əlavə məlumat veriləcək.