İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu yerli vaxtla 19:00-da başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan Sarayına gəlib.