Sabah (24 iyul) saat 08:00-dan 25 iyul saat 22:00-dək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi Ziya Yusifzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
“APA-Economics” xəbər verir ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.