AZ

Füzulidə açıq sahədə yanğın baş verib, əraziyə helikopter cəlb olunub

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Seçilən
89
42
operativmedia.az

10Mənbələr