İyulun 24-də Pekində keçiriləcək Aİ-Çin sammiti tam uğursuzluqla nəticələnəcək.
Bakues.az “İnterfaks”a istinadən xəbər verir ki, tərəflər iqtisadi məsələlərlə bağlı heç bir əsaslı danışıqlar aparmayacaq.
Əksinə Rusiya-Ukrayna müharibəsi ilə bağlı tamamilə bir-birinə uyğun gəlməyən fikir mübadiləsi aparılacaq.
Avrasiya Qrupunun Avropa üzrə idarəedici direktoru Müctəba Rəhman vurğulayıb ki, saamit uzunmüddətli toqquşma kursunu geri qaytara bilməyəcək nəticəsiz bir görüş olacaq.
Qeyd edək ki, Aİ-Çin sammitində Çin Xalq Respublikasının sədri Si Cinpin, Çin Dövlət Şurasının Baş naziri Li Tsyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta iştirak edəcək.
Asim