AZ

Ağdam və Ağdərə ərazilərində yanğının söndürülməsinə iki helikopter cəlb olunub - VİDEO - YENİLƏNİB 6

Xəbər verildiyi kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

APA xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidmətinin məlumatında deyilir.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

***
05:25

Ağdam və Ağdərə ərazisində baş verən yanğını söndürmək mümkün olmayıb.

APA-nın yerli müxbiri xəbər verir ki, FHN-nın əməkdaşlarının alovla fasiləsiz mübarizəsinə baxmayaraq yanğın hələ də davam edir.

Havanın küləkli olması yanğını daha da gücləndirir.

Qeyd edək ki, yanğın Ağdam rayonunun Əliağalı, Yeni Qaralar, Ağdərə rayonunun isə Qazançı və Sırxavənd kəndləri ərazisində baş verib.

***

01:59

Ağdam və Ağdərə rayonları ərazisində baş verən yanğınlar davam edir.

Bir çox hisslərdə yağının qarşısı alınsa da, mürəkkəb coğrafi relyefdə baş verən yanğınlar hələ də alovlanır.

APA-nın hadisə yerində olan yerli müxbiri xəbər verir ki, əraziyə Ağdamla yanaşı, Xocalı və Ağdərə rayonlarından yanğınsöndürən briqadalar; texnika və şəxsi heyət cəlb olunub.

***

22:59

Yanğının baş verdiyi ərazilərdə beş partlayış qeydə alınıb.

APA-nın yerli müxbiri xəbər verir ki, partlayış əsasən Ağdərə rayonu ərazisində qeydə alınıb.

Partlayışın üçü axşam saatlarında, ikisi isə bir neçə dəqiqə əvvəl qeydə alınıb.

Partlayışın səbəbinin ərazidəki mina və partlamamış döyüş sursatının olduğu ehtimal olunur.

Qeyd edək ki, yanğın baş verən əraziyə 4 xüsusi texnika və 50 nəfərə qədər şəxsi heyət cəlb olunub

***

22:55

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

22:44

Ağdam və Ağdərə rayonları ərazisində yanğın davam edir.

APA-nın yerli müxbiri xəbər verir ki, yanğın Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd və Qazançı kəndlərinin ərazisini əhatə edib.

Alovla mübarizə davam edir.

***

22:36

Ağdam və Ağdərə rayonları ərazisindəki kolluq və otlaq ərazilərdə güclü yanğın başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, qəfil başlayan yanğın surətlə geniş ərazilərə yayılıb.

Hazırda yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər görülür.

Ağdam Ağdam Ağdam Ağdam Ağdam Ağdam Ağdam Ağdam
phrase_var_article.chosen
9
10
apa.az

10phrase_var_article.sources