AZ

Ağdam və Ağdərədəki yanğın yerinə iki helikopter cəlb olunub


Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, yanğınla bağlı nazirliyin qaynar xəttinə məlumat daxil olub və əraziyə aidiyyəti qüvvələr cəlb olunub.
“Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
phrase_var_article.chosen
1
35
yeniavaz.com

10phrase_var_article.sources