ABŞ, İsrail və Suriya rəsmiləri iyulun 24-də Suriyanın cənubunda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün görüşəcəklər.
Viral.az “Axios”a istinadla xəbər verir ki, danışıqlara ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak başçılıq edəcək.
Bu, bölgədəki son gərginlikdən və İsrailin Dəməşqə zərbələrindən sonra ilk görüş olacaq.
Son Yazılar:
- ABŞ, İsrail və Suriya təhlükəsizlik toplantısı keçirəcək
- Üç cüdoçumuz Yay Olimpiya Festivalında qızıl medal QAZANDI
- Nazir korrupsiya ittihamı ilə hakim qarşısına çıxarılacaq
Qeyd olunub ki, əsas diqqət Suriyanın cənubunda təhlükəsizlik tədbirlərinə, həmçinin gələcək böhranların qarşısını almaq üçün ölkələr arasında koordinasiyanın gücləndirilməsinə yönəldiləcək.
Görüşün yeri hələlik açıqlanmayıb.
Bundan əvvəl Bakıda İsrailin milli təhlükəsizlik müşaviri Çaxi Xaneqbi və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında danışıqlar olub.