AZ

Mərdəkanda 1 nəfər dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

phrase_var_article.chosen
2
30
modern.az

10phrase_var_article.sources