AZ

Daxili işlər naziri adından saxta şərh yayılıb - Xəbərdarlıq + FOTO

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının daxili işlər naziri adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayılıb.

Mia.az xəbər evrir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik".

phrase_var_article.chosen
1
49
mia.az

10phrase_var_article.sources