AZ

Dövlət borcu 6%-dən çox azalıb

AzVision.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat tarixinə daxili dövlət borcunun səviyyəsi 17 milyard 177,4 milyon manat ( ilin əvvəli ilə müqayisədə 7.9% az) təşkil edib. Beləliklə cari ilin iyul ayının 1-nə Azərbaycanın dövlət borcu ( daxili və xarici) 25 milyard 695.6 milyon manata bərabər olub ki, bu da cari ilin əvvəli ilə müqayisədə 6.2% və ya 1 milyard 684.6 milyon manat azalıb.

Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.

Operativ məlumatlara əsasən cari ilin birinci yarısında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 328,7 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 698,8 milyon manat olmaqla (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat), ümumilikdə 1027,5 milyon manatın ödənilməsi təmin edilib.

AzVision.az

Seçilən
2
25
azvision.az

10Mənbələr