AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı. TurkicWorld:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,95 ABŞ dolları və ya 1,32% azalaraq 71,23 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-a neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,99 dollar və ya 1,4% ucuzlaşaraq 69,88 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,91 dollar və ya 1,56% azalaraq, 57,57 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,75 dollar və ya 1,05% azalaraq 70,53 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
0
28
turkic.world

10Mənbələr