Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.
Operativ Media birjalara istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,95 ABŞ dolları və ya 1,32% azalaraq 71,23 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,18 ABŞ dolları idi.