Bu gün Azərbaycan Premyer Liqasının iki iştirakçısı - "Qəbələ" və "Kəpəz" arasında yoxlama matçı keçirilib.
Offsideplus.az xəbər ki, Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşmanın birinci hissəsində qol vurulmayıb.
Azarkeşlər yalnız oyunun sonlarına yaxın qol görüblər.
"Qəbələ"nin heyətində Paolo Quimbila (72-ci dəq.) və Dani Massoumou (82-ci dəq.) fərqlənib.
Beləliklə, "Kəpəz" yeni baş məşqçi Adil Şükürovun rəhbərliyi altında ilk matçda 0:2 hesabı ilə uduzub.