AZ

Almaniyanın xarici işlər naziri İsrailə Qəzza ilə bağlı çağırış edib

Almaniyanın xarici işlər naziri İohann Vodeful israilli həmkarı Gideon Saar ilə telefonla danışıb və bu zaman o, yəhudi dövlətini Avropa İttifaqı ilə Qəzza zolağının əhalisinə humanitar yardım göstərilməsi ilə bağlı razılaşmanı yerinə yetirməyə çağırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə nazir “X” hesabında yazıb.

“Mən fəlakətli humanitar vəziyyətdən, o cümlədən İsrailin Qəzza zolağına hücumunun genişlənməsi fonunda dərin narahatlığımı bildirdim. Biz İsraili humanitar yardımın göstərilməsi ilə bağlı Aİ ilə razılaşmaları yerinə yetirməyə çağırırıq. Suriyadakı vəziyyətə gəlincə, biz razılaşdıq ki, iğtişaşların qonşu ölkələrə keçməsinin qarşısını almaq üçün atəşkəs rejimini sabitləşdirmək lazımdır”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, atəşkəsin yaradılması lazımdır: “Biz zorakılıq və əks-zorakılıq spiralını qırmalıyıq”.

Seçilən
15
50
sia.az

10Mənbələr