AZ

"Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirildi - Fotolar

22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətlə iyulun 21-də "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli və ölkəmizdə fəaliyyət göstərən bir sıra media orqanlarının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mediamıza diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Azərbaycan mətbuatının inkişaf yoluna nəzər salan nazir qeyd edib ki, böyük maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin səyləri ilə 150 il öncə nəşrə başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın inkişafında müstəsna rol oynayıb. Ötən dövr ərzində mətbuatımız mədəniyyətimizlə birgə yol gəlib, onun üçün əsas təbliğat vasitələrindən olub.

Bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mətbuatımızın inkişafına yüksək diqqət və qayğı göstərib. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də kütləvi informasiya vasitələrimizi daim öz qayğısı ilə əhatə edib. Media qurumlarının maddi-texniki təchizatı möhkəmləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Dövlət başçısı tərəfindən milli mətbuatımızın 150 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanması da mətbuat salnaməmizə yüksək diqqətin təzahürüdür.

Nazir deyib ki, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi zamanı və sonrakı mərhələdə Azərbaycan mediası üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib. Bu, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Seçilən
3
50
publika.az

10Mənbələr