News24 saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyədə Səhiyyə Nazirliyi ölkə üzrə temperaturun 6-12 dərəcə artmasına səbəb olan Afrika isti hava axınına görə əhaliyə vacib xəbərdarlıq edib. Vətəndaşlara saat 11:00-dan 16:00-a qədər çölə çıxmamaq, dənizə girməmək və günəşlənməmək tövsiyə olunur. Açıq rəngli, yüngül, bol geyimlər, şlyapa və gün eynəklərindən istifadə edilməli, günəş şüasından qorunmaq üçün tədbirlər görülməlidir.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Xüsusilə yaşlılar, körpələr və xroniki xəstəliyi olanlar risk altındadır – onlarda bədən temperaturu 10-15 dəqiqə içində 41 dərəcəyə çata bilər və bu, ciddi sağlamlıq problemlərinə, hətta ölümə səbəb ola bilər. Səhiyyə Nazirliyi eyni zamanda avtomobildə heç kəsi – uşaq, yaşlı və ya ev heyvanı – tək buraxmamağı da xəbərdarlıq edib.
Digər tərəfdən, Kənd Təsərrüfatı Nazirliyi meşə yanğınları riskinin artdığını bildirərək, vətəndaşları anız yandırmamağa, meşəlik ərazilərdə alov yandırmamağa və atıqları təbiətə atmamağa çağırıb. Hər hansı tüstü və ya yanğın halında 112-yə məlumat verilməlidir.
Xeyrənsə Piriyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.