Bu gün "Qəbələ" və "Kəpəz" yoxlama oyunu keçiriblər.
"Football-plus.az" xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər. Görüş "Qəbələ"nin qələbəsi ilə başa çatıb - 2:0.
"Qırmızı-qaralar"ın qollarını Paulo Quimbila(77) və Domi Massoumou (82) vurub.
"Qəbələ"nin yay toplanışı avqustun 8-dək davam edəcək. Komanda bu müddət ərzində 5 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblərdən birinin "İmişli" olacağı dəqiqləşib. Buna qədər "qırmızı-qaralar" "Şamaxı" ilə qarşılaşıblar (2:1)
"Kəpəz" üçün isə bu matç yayın ilk görüşüdür. Gəncəlilər də hazırlıq çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırırlar. Bunlardan birinin iyunun 26-da isə "Şamaxı"ya qarşı olacağı bəllidi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta