AZ

Cəlilabadda balıqların kütləvi ölümünün ilkin səbəbi açıqlandı - YENİLƏNİB

"Cəlilabad rayonunun Pərdi kəndində yerləşən və kənd əhalisinin ümumi təsərrüfat məqsədləri üçün istifadə etdiyi, yağış suları ilə qidalanan, təxminən 40-50 sm dərinliyi olan göldə balıqların kütləvi şəkildə tələf olması faktı qeydə alınıb".

Hakimiyyet.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı tələf olmuş balıqların əsasən daban balığı (Carassius carassius) və çapaq (Rutilus rutilus) növlərinə aid olduğu müəyyən edilib.

"Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, həmçinin ölmüş balıqlara patoloji yarma əməliyyatları aparılıb. Nümunələrin götürülməsi zamanı göldə suyun temperaturu 34°C təşkil edib.

İlkin ehtimallara görə, balıqların kütləvi şəkildə tələf olmasına səbəb kimi havaların kəskin istiləşməsi fonunda su hövzəsində oksigen çatışmazlığı göstərilir. Bu vəziyyət xüsusilə dayaz və durğun sular üçün xarakterikdir və balıqların həyatı üçün ciddi risk yarada bilər", - məlumatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, araşdırmalar davam etdirilir və laborator nəticələr əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Cəlilabad rayonu ərazisindəki göllərdən birində balıqlar kütləvi şəkildə tələf olub.

Hakimiyyet.az xəbər verir ki, hadisə rayonun Pərdi kəndində baş verib.

Yerli sakinlər bir neçə gündür göldə balıqların kütləvi şəkildə tələf olmasını müşahidə etdiklərini deyiblər. Onlar balıqların tələf olmasını göldə suyun kəskin azalması ilə əlaqələndirir./Qafqazinfo.az/

Seçilən
1
3
hakimiyyet.az

10Mənbələr