BAKI, 21 iyul. TELEQRAF
İsrailin Şimal və Cənubun bərpası naziri və Knesset üzvü Zeev Elkin Rusiya ilə İran arasında istənilən hərbi əməkdaşlığın İsraili ciddi narahat etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Elkin Tehranı Yaxın Şərqdə və qlobal səviyyədə sabitliyi pozan potensial təhlükə kimi qiymətləndirib.
O qeyd edib ki, İran hakimiyyəti regionda bir çox terror təşkilatlarını dəstəkləyir və İranın güclənməsi dini fanatiklərin nəzarəti altında olan ölkə üçün böyük risk daşıyır. Elkinin sözlərinə görə, bu təhlükə təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ciddi narahatlıq mənbəyidir.
Eyni zamanda, İsrailinMoskvadakısəfiriSimonaQalperininmissiyasınıvaxtındanəvvəlbaşavuracağıaçıqlanıb.
Qalperinyenivəzifəyə - İsrailXariciİşlərNazirliyinin Avropa Departamentinə rəhbərlik vəzifəsinə təyin olunacaq və həmçinin baş direktorun müavini kimi fəaliyyət göstərəcək.