AZ

Bu ölkələrdən İsrailə ÇAĞIRIŞ: “Dərhal dayandırın”

  25 ölkənin xarici işlər nazirləri və Avropa Komissiyasının bərabərlik, böhranlara hazırlıq və idarəetmə məsələləri üzrə komissarı Hacə Lahbib birgə bəyanatla çıxış edərək, İsraili Qəzzada hərbi əməliyyatları dərhal dayandırmağa və humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə çağırıb.

Sənəd Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən dərc olunub və müəlliflər İsrailin yardım bölgüsünə dair modelini sərt şəkildə tənqid ediblər.

Onların fikrincə, bu model “təhlükəli, sabitliyi pozan və Qəzza sakinlərini insan ləyaqətindən məhrum edən” bir mexanizmdir.

Bəyanatda İsrail hakimiyyətindən bütün məhdudiyyətləri aradan qaldırmaq və BMT ilə digər humanitar təşkilatlara tam giriş imkanı vermək tələb olunur ki, onlar öz missiyalarını yerinə yetirə bilsinlər.

Sənədi Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İspaniya, İslandiya, İsveç, İsveçrə, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Niderland, Norveç, Polşa, Portuqaliya, Sloveniya, Yaponiya və Yeni Zelandiyanın xarici işlər nazirləri, eləcə də Avropa Komissiyasının nümayəndəsi imzalayıb./Globalinfo.az  

Seçilən
11
16
referans.az

10Mənbələr