AZ

HƏMAS və İsrail arasında atəşkəs razılaşması yaxın günlərdə imzalanacaq

HƏMAS və İsrail arasında atəşkəs razılaşması yaxın günlərdə imzalanacaq

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında atəşkəs və bəzi girovların azad edilməsinə dair razılaşma yaxın günlərdə imzalanacaq.

AFN.az xəbər verir ki, bu barədə hərəkata yaxın olan "Maan" agentliyi məlumat yayıb.

Bildirilir ki, müqavilə ən geci gələn həftənin əvvəlində imzalanacaq və elan olunacaq.

Agentlik HƏMAS-ın Qəzza zolağında 60 gün müddətinə atəşkəs rejiminin yaradılmasını və bu müddət ərzində 10 girovun İsrail tərəfinə təhvil verilməsini nəzərdə tutan təkliflə razılaşdığını bildirib. Lakin istisna etməyib ki, Fələstin sektorunda atəşkəsə dair razılaşma gələn bazar günü və ola bilsin ki, cümə günü bütün detallar nəhayət razılaşdırılarsa elan oluna bilər.

Qətərdə baş tutan dolayı danışıqlarda təqdim olunan son təşəbbüs çərçivəsində, razılaşdırılmış 60 günlük atəşkəs dövründə radikallar 10 canlı girovu və Qəzzada öldürülən 18 məhbusun cəsədini İsrail tərəfinə təhvil verəcəklər. Eyni atəşkəs dövründə İsrail həbsxanalarda uzun müddət cəza çəkən 150 fələstinlini, o cümlədən 2023-cü ilin oktyabrında İsrailin anklavda hərbi əməliyyatı başlayandan bəri Qəzza zolağında həbs edilmiş 1100 ərəbi azad etməyi öhdəsinə götürür. Bundan əlavə, razılaşmalara əsasən, sakinlərə çatdırılan humanitar yardımın həcmi əhəmiyyətli dərəcədə artırılacaq.

Seçilən
22
50
afn.az

10Mənbələr