AZ

Azərbaycanda dövlət rəsmilərinin adından yayılan saxta bəyanatlarla bağlı xəbərdarlıq edilib

Sosial şəbəkələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətləri ilə bağlı gerçəkliyi əks etdirməyən saxta açıqlama yayılıb. Bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Agentlik bildirib ki, Prezidentin rəsmi saytının vizual tərzini imitasiya etməklə hazırlanmış uydurma bəyanat ictimai fikrə təsir göstərmək məqsədi daşıyır və açıq şəkildə informasiya manipulyasiyası nümunəsidir.

Bundan əlavə, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından da "deepfake" texnologiyası vasitəsilə Rusiya ilə bağlı aqressiv mövqe ifadə edən, reallıqla əlaqəsi olmayan saxta video yayılıb.

MEDİA qeyd edir ki, bu cür görüntülər bəlli qruplar tərəfindən süni intellekt alətləri ilə hazırlanaraq informasiya mühitini pozmağa və ictimai rəyə təsir göstərməyə yönəlib.

“Yalnız rəsmi mənbələrin təqdim etdiyi məlumatlara istinad edin”, –  qurum vətəndaşlara, jurnalistlərə və ictimai fəallara müraciət edərək xəbərdarlıq edib.

Agentlik əlavə edib ki, dövlətin rəsmi mövqeyi yalnız rəsmi dövlət resursları və peşəkar informasiya vasitələri vasitəsilə yayımlanır.

Seçilən
4
50
anews.az

10Mənbələr