AZ

Astarada zəncirvari yol qəzası oldu

Astarada 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, Astara rayonunun İstiqlaliyyət küçəsində 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, dönmə əməliyyatı zamanı “Opel” markalı avtomobil “Audi” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin ardınca “Mercedes” və “Moskviç” markalı iki digər avtomobil də toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hadisəyə qarışan hər dörd avtomobilə ciddi maddi ziyan dəyib.

Hadisə yerinə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.


Seçilən
31
26
news24.az

10Mənbələr