ain.az, Sfera.az portalına istinadən məlumat verir.
Şəki rayonu Oxud və Kiş kəndlərinə təbii qazın verilişində fasilə yaranacaq.
Sfera.az xəbər verir ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində kəndləri təbii qazla təmin edən daşıyıcı orta təzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədi ilə 23.07.2025-ci il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək Oxud və Kiş kəndlərində cəmi 2 422 əhali abonentinin və 5 qeyri-əhali abonentinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.