AZ

Şəkinin bir hissəsində qaz olmayacaq

Şəki rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.

Bakues.az xəbər verir ki, bu barədə “Azəriqaz” ASC məlumat yayıb.

Bildirilib ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərini təbii qazla təmin edən daşıyıcı ortatəzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədilə 24.07.2025-ci il tarixdə saat 9:30-dan işlər yekunlaşanadək Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərində cəmi 1 474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Seçilən
12
20
icma.az

10Mənbələr