
Yaxın günlərdə Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs və bəzi girovların azad edilməsinə dair razılaşma imzalanacaq. Bu barədə HƏMAS-a yaxın olan “Maan” agentliyi məlumat yayıb.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, müqavilənin bu həftə, ən geci - gələn həftənin əvvəlində imzalanması mümkündür.
Proseslər HƏMAS-ın Qəzza zolağında 60 gün müddətinə atəşkəs rejiminin yaradılmasını və bu müddət ərzində 10 girovun İsrail tərəfinə təhvil verilməsini nəzərdə tutan təkliflə razılaşdığını göstərir.
Agentlik istisna etməyib ki, Fələstin sektorunda atəşkəsə dair razılaşmanın elanı “gələn bazar günü və ola bilsin ki, cümə günü bütün detallar nəhayət razılaşdırılarsa” verilə bilər.
Qətərdə baş tutan dolayı danışıqlarda təqdim olunan son təşəbbüs çərçivəsində, razılaşdırılmış 60 günlük atəşkəs dövründə radikallar 10 canlı girovu və Qəzzada öldürülən 18 məhbusun cəsədini İsrail tərəfinə təhvil verəcəklər.
ELÇİN