Sabah Qəbələ şəhərinin bir hissəsində qaz olmayacaq.
"Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin Qəbələ rayonu Z.Əliyeva küçəsində şəhərin bir hissəsini təbii qazla təmin edən d-108 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin üzərindəki d-100 mm-lik siyirtmənin girişində aşkarlanmış qaz sızmasının ləğv edilməsi məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhəri Nəsimi, S.Vurğun, Natəvan, Gənclər, A.Səhhət, Yeni qəsəbə, C.Yusifov, A.Cəlilov, Şəhriyar, F.Rəhimov, A.Bakıxanov, Z.Əliyeva, H.Əliyev, H.Aslanov küçələrində cəmi 1 961 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.
*** 15:32
Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, diametri 315 mm olan "Ulacalı-Qaragüney" ortatəzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 22.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Gügəcühür, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 5293 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.