AZ

Papa Leo ilə Fələstin Prezidenti arasında telefon danışığı olub

Vatikan, 21 iyul, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Roma Papası söhbət zamanı Qəzza zolağındakı münaqişə və İordan çayının qərb sahilindəki zorakılıq fonunda mülki insanların və müqəddəs yerlərin qorunmasının vacibliyini qeyd edib, beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıb.

“Roma Papası ayrı-seçkilik olmadan güc tətbiqinin və əhalinin zorla köçürülməsinin qadağan olunmasını vurğulayaraq, beynəlxalq humanitar hüquqa tam hörmət edilməsi üçün müraciətini yeniləyib. Eyni zamanda, dramatik humanitar vəziyyəti nəzərə alaraq, münaqişənin nəticələrinə ən çox məruz qalanlara yardımın göstərilməsinin və humanitar yardımın ölkəyə daxil olmasına icazə verilməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

phrase_var_article.chosen
28
13
azertag.az

10phrase_var_article.sources