AZ

HƏMAS-la İsrail arasında saziş imzalanacaq

HƏMAS hərəkatı ilə İsrail arasında yaxın günlərdə atəşkəs və bəzi girovların azad edilməsinə dair razılaşma imzalanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə HƏMAS-a yaxınlığı ilə tanınan "Maan" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hələlik sazişin bütün detalları razılaşdırılmayıb.

“Müqavilə bu həftə, ən geci gələn həftənin əvvəlində imzalanacaq və elan olunacaq”, - agentlik mənbələrə istinadən yazır.
 

Bildirilir ki, HƏMAS Qəzza zolağında 60 günlük atəşkəs və göstərilən müddət ərzində 10 girovun İsrail tərəfinə təhvil verilməsinə razılıq verib. İsrail Qəzza zolağında həbs edilmiş 150 fələstinli və 1100 ərəbi azad edəcək.


Qeyd edək ki, iyulun 6-da HƏMAS və İsrail Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Dohada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqları bərpa edib.

Bizim.Media

Seçilən
19
50
bizim.media

10Mənbələr