AZ

Klublarımızın Konfrans Liqasıdakı rəqibləri

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Modern.az xəbər verir ki, Azərbaycan klublarının da bu raunddakı potensial rəqibləri müəyyənləşib.

“Sabah” – “Petrokub” (Moldova) cütünün qalibi “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.

“Araz-Naxçıvan” isə Yunanıstan təmsilçisi “Aris”i mübarizədən kənarlaşdıracağı halda "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütününün güclüsü ilə üz-üzə gələcək.

“Zirə” - “Hayduk” (Xorvatiya) cütünün qalibi "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün üstünü ilə münasibətlərini aydınlaşdıracaq.

phrase_var_article.chosen
3
14
modern.az

10phrase_var_article.sources