
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Reyting.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycanın "Zirə", "Sabah" və "Araz-Naxçıvan" klublarının potensial rəqibləri müəyyənləşib.
"Zirə" II təsnifat mərhələdə iki oyunun yekununda Xorvatiyanın "Hayduk" komandasını yenəcəyi təqdirdə "Atletik Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi ilə, "Araz-Naxçıvan" isə Yunanıstan "Aris"ini üstələyəcəyi halda "Omoniya" (Kipr) "Torpedo Kutaisi" (Gürcüstan) cütünün qalibi ilə, "Sabah" Moldova "Petrokub"unu keçərsə "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Oyunlar avqustun 7-də və 14-də olacaq.(Teleqraf)