ain.az bildirir, Ses qazeti portalına istinadən.
Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə Prezident İlham Əliyev bir çox məsələlərə toxundu, Azərbaycan həqəqtlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, regiondakı mövcud vəziyyəti geniş təhlil etdi, həmçinin bir sıra ölkələrlə olan münasibətlərə də aydınlıq gətirdi. Ölkəmizin 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə yeni reallıqlar yarartdığını qeyd edən Prezident İlham Əliyev Ermənistanla imzalanacaq sülh müqaviləsinin mətninin razılaşdırlıdğını və müqavilənin daha iki şərtin qəbul ediləcəyi təqdirdə imzalanacağını bəyan etdi. Bu iki şərt ondan ibarətdir ki, Ermənistan konstitusiyasına dəyişiklik edilməli və ATƏT-in Minsk qrupu buraxılmalıdır.
Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən aydın olur ki, Azərbaycan öz siyasətində israrlıdır, həmçinin sülh, təhlükəsizlik və əməkdaşlıq əsas istiqamətlərdir. Ölkəmiz dünyada etibarlı tərəfdaşlıq nümunəsidir və bunu davamlı olaraq artan tərəfdaş sayı da təsdiqləyir. Ərazi bütövlüyümüz və suverenliyimizin bərpası Cənubi Qafqaz regionunda sülhə, təhlükəsizliyə mühüm töhfə olmuşdur. Müasir tranzit-nəqliyyat infrasturkturuna malik olması, eləcə də “yaşıl enerji” gündəliyinə xüsusi önəm verməsi müasir dünyanın siyasi xəritəsində Azərbaycanınmühüm dövlətə çevrilməsini təmin edir. Azərbaycan üçün regional inkişaf və regional əməkdaşlıqda bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Bağlantı layihələrindən danışarkən Orta Dəhlizilk növbədə qeyd edilməlidir. Orta Dəhlizçox geniş coğrafiyanı birləşdirən bir layihədir və Şərqdən Qərbi Avropaya qədər uzanır ki, bu da müxtəlif aktorlar arasında anlaşmaya səbəb olacaq.
Ölkəmizin həyata keçirdiyi iqtisadi layihələr, əldə etdiyi uğurlar aparılan müstəqil siyasətin nəticəsidir. Lakin Azərbaycanın həddindən artıq müstəqil siyasətyürütməsi Qərbdə bəzi dairələrdə məyusluq yaradır. Odur ki, ölkəmizə qarşı ədalətsiz mövqelərin sərgiləndiyinin tez-tez şahidi oluruq. Heç şübhsiz ki, bu məsələdə erməni lobbisinin də rolu az deyil. Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə Prezident İlham Əliyev bu mövzuda fikir bildirərkən vurğuladı ki, ölkəmizin xarici borcu ÜDM-in 6,9 faizini təşkil edir. Məhz Azərbaycanı tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizindən çoxdur.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının İdeoloji işlər üzrə məsləhətçisi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.