AZ

"Qarabağ" - "Şelburn" oyununun hakimləri müəyyənləşib

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) oyununun hakimləri bəlli olub.

İdman.biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda keçiriləcək cavab matçı italiyalı hakimlər briqadasına həvalə edilib.

Oyunun baş hakimi Andrea Kolombo olacaq. Ona Stefano Alassio ilə Dario Çeççoni kömək edəcək. Dördüncü hakim funksiyasını Kevin Bonaçina yerinə yetirəcək.

VAR hakimi Daniele Doveri, VAR assistenti isə Daniele Paterna olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" qarşılaşma iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.

İdman.biz

Seçilən
11
45
idman.biz

10Mənbələr