“Faktla bağlı istintaq hərəkətləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi hökmləri gözləyəcək”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə söyləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 19-u Xankəndidə III Şuşa Qlobal Media Forumunda bildirib ki, Azərbaycan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcək və Rusiya tərəfi bununla bağlı məlumatlandırılıb.