Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında qarşılaşacağı “Şelburn”la oyun üçün İrlandiyaya yola düşüb.
Arena.az xəbər verir ki, təmsilçimiz UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa 2 gün əvvəldən yollanıb.
Qurban Qurbanovun yetirmələri Dublin klubu ilə iyulun 23-də qarşılaşacaq. Bu komandaların ilk matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Qeyd edək ki, cavab oyunu iyunun 30-da Bakıda olacaq.