Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportinfo.az xəbər verir ki, tədbirdə Azərbaycanı bu yarışda təmsil edən "Sabah", "Zirə" və "Araz Naxçıvan"ın rəqibləri də bəlli olacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
"Sabah" və "Zirə"nin potensial rəqibləri
Püşkün nəticəsinə əsasən, səpələnmişlər səbətində yer alan 2-ci mərhələnin "Petrokub" (Modova) - "Sabah" (Azərbaycan) cütünün və "Zirə" (Azərbaycan) - "Hayduk" (Xorvatiya) cütünün qalibi səpələnməmişlər səbətində yer alan bu cütlüklərdən birinin ən güclüsü ilə qarşılaşacaq:
"Rakov" (Polşa) - "Jilina" (Slovakiya) cütünün qalibi
"Aris" (Kipr) - "Puşkaş Akademiya" (Macarıstan) cütünün qalibi
"Atletik Klub d’Escaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi
"Çelye" (Sloveniya) - AEK (Kipr) cütünün məğlubu (Avropa Liqası)
"Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu (Avropa Liqası)
"Araz Naxçıvan"ın potensial rəqibləri
Səpələnməmişlər səbətində yer alan "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə səpələnmişlər səbətində olan bu komandalardan birinə rəqib olacaq:
"Aktobe" (Qazaxıstan) - "Sparta" (Praqa, Çexiya)
"Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan)
"Zimbru" (Moldova) - "Astana" (Qazaxıstan)
"Riqa" (Latviya) - "Dila" (Gürcüstan)
"Hibernians" (Malta) - "Spartak Trnava" (Slovakiya)