Azərbaycan çempionu “Qarabağ” İrlandiyaya yola düşüb.
İdman.biz xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasının “Şelburn”la oyununa 2 gün əvvəldən yollanıb.
Qurban Qurbanovun yetirmələri Dublin klubu ilə iyulun 23-də qarşılaşacaq. II təsnifat mərhələsinin ilk matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, cavab oyunu iyunun 30-da Bakıda olacaq.
İdman.biz