UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirdə "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
Səpələnmişlər səbətində yer alan "Şelburn" (İrlandiya) - "Qarabağ" cütünün qalibi III təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütündə üstün olan tərəflə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin görüşləri avqustun 5-6-da və 12-də baş tutacaq.