AZ

“Türkiyə Suriya Prezidentini tək qoymayacaq” - Ərdoğan

“Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraya hər cür dəstəyi göstərəcəyik”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zamanı deyib.

O bildirib ki, Suriya məsələsi ilə bağlı əslində çox konstruktiv bir atmosfer yaranıb. 

“Suriya mövzusunda bir araya gələ bilməyən bütün aktyorlar bir araya gələrkən, İsrailin bu sabitlik layihəsini necə pozduğunu dünyaya izah etmək lazımdır. Biz bunu izah etdiyimizə inanırıq. Xüsusilə amerikalılar başa düşürlər ki, bu məsələyə daha çox sahib çıxmalıdırlar. Əsas problem tərəflər arasında münaqişədir. Lakin daha böyük strateji problem İsrailin bu münaqişəni bəhanə edərək bölgəni işğal etmək cəhdidir. Bildiyiniz kimi, İsrail regionda sabitliyin olmasını istəmir. O hesab edir ki, vahid Suriya onun üçün yaxşı olmayacaq və bu cür təxribatları davam etdirir”, - deyə Ərdoğan vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
50
missiya.az

10Mənbələr