AZ

Yol polisi tədbir keçirdi - motokuryerlərlə söhbət aparıldı...


Motokuryerlərlə aparılan maarifləndirmə işləri çərçivəsində növbəti tədbir Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin Bölüyündə keçirilib. Profilaktika məqsədilə postda saxlanılan moped və motosiklet sürücülərinə onların hüquq və vəzifələri izah edilib, ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələr doğurduğu bir daha onların diqqətinə çatdırılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, qaydalara qeyd-şərtsiz əməl edilməsinin vacibliyi aparılan söhbətlərin əsas leytmotivini təşkil edib. Belə ki, piyada səkilərində hərəkətin qadağan olunması, sürət həddinə, manevretmə qaydalarına və nizamlama vasitələrinin tələblərinə ciddi əməl edilməsi, sərnişin və yük daşımalara dair tələblərin pozulmaması, motoşilem və digər qoruyucu vasitələrdən istifadənin əhəmiyyəti, tələb olunduğu halda ikitəkərli nəqliyyat vasitələrinin hüquqsuz və dövlət nömrə nişansız idarə edilməsinin yolverilməz olması və sair bu qəbildən olan məsələlər barədə motokuryerlərə geniş məlumat verilib.

“Baş Dövlət Yol Polisi İdarəsi motokuryerlər arasında maarifləndirmə xarakterli tədbirlərin davamlı olaraq keçiriləcəyini bildirir və hər bir hərəkət iştirakçısını yolda təhlükəsizlik naminə birgə iştirakçılığa çağırır”, - deyə məlumatda qeyd olunub.

ZÜMRÜD

Seçilən
2
39
baki-xeber.com

10Mənbələr