Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilir.
Püşkdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
"Köhlən atlar" III təsnifat mərhələsinə vəsiqə qazanarsa, "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. III mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.
“Şelburn” - “Qarabağ” matçının biletləri tükənib
“Zirə” iştirak ərizəsini UEFA-ya göndərib
“Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib
“Qarabağ” Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərib
"Araz-Naxçıvan" - "Aris" matçının biletləri satışa çıxarılıb