AZ

Qarabağ ın 3 cü mərhələdəki potensial rəqibi müəyyənləşdi Çempionlar Liqası

Qol.az saytına istinadən ain.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılır.

QOL.az xəbər verir ki, püşkdə 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün rəqibi bəlli olub. "Qarabağ" daha yüksək reytinqi səbəbindən səpələnmişlər səbətində yer alıb. Püşkün nəticəsinə əsasən, “Şelbrun” - “Qarabağ” cütünün cütünün qalibi 3-cü mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.

"Qarabağ" mərhələ keçsə, ilk oyuu evdə keçirəcək.

3-cü mərhələnin oyunları 5/6 avqust və 12 avqust tarixlərində keçiriləcək.

 

***

Bəs, “Şelbrun” - “Qarabağ” cütünün məğlubu Avroliqada kiminlə qarşılaşacaq?

Bu gün həmçinin UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin də püşkatma mərasimi keçiriləcək.

Mərasimdə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün məğlubunun rəqibi də bəlli olacaq. 

Bu cütlük səpələnməmişlər səbətində yer alacaq və onun rəqibi Avropa Liqasının 2-ci mərhələsinin qaliblərindən biri olacaq. Söhbət aşağıdakı 3 cütlükdən birinin ən güclüsündən gedir:

"HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan)

RFS (Latviya) - "Malmö" (İsveç)

"Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya)

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
11
qol.az

10Mənbələr