Bakı, 21 iyul, AZƏRTAC
Yaxın zamanda yeni ixtisas təsnifatı hazırlanacaq, əmək bazarında qarşılığı olmayan və istifadədən çıxmış peşələr həmin siyahıdan tamamilə çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, məqsəd daha çevik, tələbatyönümlü və effektiv peşə təhsili sisteminin qurulmasıdır: “Aparılan təhlillər nəticəsində texnologiya və innovasiyaların inkişafı fonunda sənətkarlıqyönümlü bəzi ixtisaslara maraq və ehtiyacın azalması onların tədrisindən imtina edilməsinə səbəb olub. Hazırda peşə təhsili sistemində 900-ə yaxın ixtisas mövcuddur”.