"Yalnız süni intellektə güvənmək düzgün qərar deyil, düşünən maşına güvənməkdənsə, insana etibar etmək daha məqsədəuyğundur".
Moderator.az xəbər verir ki, bunu "Euronews" telekanalının baş direktoru Klaus Ştrunts III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.
"Mənim süni intellektə güvənmək meylim var. Lakin həqiqətən vacib məsələlərə gəldikdə, mən insan təcrübəsini üstün tuturam. Bu xüsusilə maraqlıdır, çünki forum çərçivəsində eşitdik: nə vaxt ki, nəsə çox vacib olur, insanlar yoxlanılmış mənbələrə - ciddi KİV-ə müraciət edirlər. Qalan 90% hallarda isə onlar başqa bir şeyə güvənirlər. Bu müşahidə mənə çox əhəmiyyətli görünür və bu, müəyyən dərəcədə jurnalistikada süni intellekt haqqında müzakirənin mahiyyətini əks etdirir: texnologiyalar böyük imkanlar açır, lakin sükan arxasında yenə də insan durmalıdır", - o qeyd edib.