AZ

Ceyhun Kərəmov: Bu ildən ödənişli təhsil haqlarında dəyişiklik edilib

Bakı, 21 iyul, AZƏRTAC

Bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, bəzi bölgələrdə təhsil haqları fərqli müəyyən edilib: “Təhsil haqqı 5 min manat olan ixtisaslar da mövcuddur. Bu isə beynəlxalq sertifikat proqramlarının tətbiqi, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin ekspertlərin iştirakı və s. ilə bağlıdır”.

Seçilən
19
31
azertag.az

10Mənbələr